Mineral gübrələrin və pestisidlərin satışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2019-cu il tarixli "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Fərmanına əsasən, mineral gübrə almaq istəyən fermerlər “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin regional nümayəndəlikləri, rayon bölmələri və səyyar satış xidmətlərindən əldə edirlər.

Mineral gübrə almaq üçün tələb olunan sənədlər:

  1.  “Fermer kartı”  
  2. Şəxsiyyət vəsiqəsi

Yeni qaydalara əsasən, gübrənin dəyərinin 70% hissəsi fermerin ““Subsidiya kartı”nda olan subsidiya məbləğindən, 30% hissə isə fermerin şəxsi vəsaiti hesabına ödənilir. Pestisidlərin satışı əsasən aşağıdakı iki qayda ilə həyata keçirilir:

  1. Mineral gübrə satışında olduğu kimi, dəyərinin 70% hissəsi fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% hissə isə fermerin şəxsi vəsaiti hesabına.
  2. Pestisidin dəyərinin hamısını "Fermer kartı" ilə ödəməklə.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC